Qısamüddətli kurslar

Budapeştdə 2 və 3 həftəlik ingilis dili kursu (qış məktəbi) - son sənəd vermə tarixi: 15 dekabr, 2014-cü il

Duna College winter school
Tədris proqramı
Bu kurs ərzində intensiv ingilis dili dərsləri keçiriləcək və müxtəlif gəzintilər təşkil olunacaq. Kursun məqsədi iştirakçıların ingilis dilini biliklərini inkişaf etdirmək və qrammatik biliklər verməkdir. Kurs zamanı ingilis dilində dinləmə, danışma, oxuma və yazma qabiliyyətinin inkişaf etdirilməsinə xüsusi diqqət ediləcək.

Kursun keçiriləcəyi yer
Duna College xarici t
ələbələrin Macarıstanın ali məktəblərinə daxil olması üçün ixtisaslaşmış hazırlıq kursudur və Budapeşt şəhərində yerləşir. Bu təhsil müəssisəsi əcnəbi tələbələrə ingilis dilində hazırlıq proqramları, yay və qış məktəbləri təklif edir. Növbəti qış məktəbi isə 2015-ci ilin fevral ayında keçiriləcək, tələbənin istəyinə uyğun olaraq 2 və ya 3 həftə davam edəcək.

Kursun qiyməti:
Bizim vasitəmizlə bu hazırlıq kursuna müraciət edənlərə Duna College 300 avro endirim edir və endirimli qiymətlər aşağıdakı kimidir:
- 2 fevral - 16 fevral  (2 h
əftə) - 1000 avro;
- 2 fevral – 23 fevral (3 h
əftə) - 1500 avro.

Qiymətə daxildir:
- aeroportda qarşılanma v
ə transfer;
- yataqxanada yerl
əşdirmə;
- günd
ə 3 dəfə qidalanma;
- t
ədris ləvazimatları;
- müxt
əlif gəzintilər.

Qiym
ətə daxil deyil:
- t
əyyarə bileti;
-
viza xərcləri.

T
ələb olunan sənədlər:
-
Ərizə forması;
- Xarici pasportun
foto və imza olan əsas səhifələrinin surəti.

Ətraflı məlumat:
- Telefon: +995 50 257 11 41 (Azərbaycan), +36 70 428 46 39 (Macarıstan);
- E-mail: info@study-hungary.com

Fotolar:
- Duna College və onun yataqxanası;
- Budapeşt.


S
ənədlərin son qəbul günü: 15 dekabr 2014-cü il




Budapeştdə 4 həftəlik ingilis dili kursu (yay məktəbi) - son sənəd vermə tarixi: 30 aprel, 2015-ci il

IBS summer school
Bu kurs hər biri 45 dəqiqə davam edən 100 ingilis dili dərsindən ibarətdir və bu il 5 iyul-1 avqust tarixlərində Budapeştdə International Business School-da keçiriləcək.

Kursun məqsədi ümumi və biznesyönümlü ingilis dili biliklərini bütün istiqamətlərdə (dinləmək, danışmaq, oxumaq və yazmaq) orta səviyyədə inkişaf etdirməkdir.  Kursun iştirakçıları üçün Budapeştdə əyləncə proqramı – muzeyləri gəzmək, filmlərə baxmaq, görməli yerlərə səyahət etmək kimi sinifdənkənar fəaliyyətlər də nəzərdə tutulub. Bundan əlavə həftədə iki dəfə Macarıstanın ən gözəl tarixi və təbiəti olan yerlərinə eksursiyalar da təşkil olunacaq.

Tələbələr International Business School-un (Beynəlxalq Biznes Məktəbinin) kampusunda yerləşən yataqxanada qalacaqlar. Tələbələrə gündə 3 dəfə yataqxananın restoranında yemək veriləcək. 4 həftə ərzində 100 dərsdən ibarət ingilis dili kursu + gündə 3 dəfə yemək + lüks şəraitdə qalmaq + səyahət etmək + əyləncə (kino, oyunlar, muzeylər, rəqs və s.) = hamısı cəmi 1550 avro. Budapeştə gediş və gəliş, eləcə də viza xərcləri göstərilən 1550 avroya daxil deyil və iştirakçı tərəfindən ödənməlidir. Cəmi 1550 avroya 1 ay ərzində həm ingilis dilini öyrənəcəksiniz, həm də Avropada dincələcəksiniz.

International Business School Sizə Britaniya keyfiyyətini Budapeştdə daha asan və daha sərfəli qiymətə təklif edir. Tələb olunan sənədlər çox sadədir:
- Ümumvətəndaşlıq pasportunun (xarici pasportun) əsas 2 səhifəsinin (foto və imza olan) surəti. Hazırda xarici pasportu olmayanlar şəxsiyyət vəsiqələrini göndərə bilərlər, amma vizaya müraciət edənə qədər pasportu əldə etməlidirlər.
- Ərizə formasını bu keçiddən yükləyib doldurmaq.

Hər iki sənədi elektron formada bizə e-mail vasitəsilə info@study-hungary.com ünvanına göndərməklə bu kurslara qeydiyyatdan keçmiş sayılırsınız. Sənədləri göndərmək üçün son tarix 30 apreldir və yerlər məhduddur.
 
International Business School (IBS) 1991-ci ildə Macarıstanın paytaxtı Budapeştdə yaradılıb və hər il 300-dən çox tələbə bu universitetə təhsil almağa gəlir. Hazırda ali məktəbdə dünyanın 80-dən çox ölkəsindən tələbə təhsil alır. Ali məktəbdə tədris Avropa Birliyi standartlarına cavab verir, bütün proqramlar International Business School (Macarıstan)University of Buckingham (Böyük Britaniya) arasında imzalanmış əməkdaşlıq əsasında tədris olunur. Xatırladaq ki, University of Buckingham (Bukinqem Universiteti) Böyük Britaniyanın ən prestijli universitetlərindən biridir və təhsil səviyyəsinə görə 16-cı yerdədir.