National University of Public Service

NUPS
Dövlət Qulluğu üzrə Milli Universitet (National University of Public Service)
Budapeştdə 1 semestrlik diplomatiya proqramı elan edir. Bu proqram tətqiqat yönümlü sertifikat proqramıdır və fevraldan iyuna kimi 5 ay davam edəcək.

Tələbələr həm öz hesablarına, həm də ali məktəbin təklif etdiyi 2 formada təqaüdlə (yarım və tam təqaüd) təhsil ala bilərlər.

Maliyyələşdirmə forması
Təhsil haqqı
Aylıq xərclik
Öz hesabına təhsil
390 000 HUF (təxminən 1200 AZN)tələbə özü qarşılayır
Yarım təqaüd
pulsuz
tələbə özü qarşılayır
Tam təqaüd
pulsuz
ali məktəb tələbəyə ayda 160 000 HUF (təxminən 500 AZN) verir

Ətraflı məlumat ingilis dilində bu keçiddəki faylda var.

Sənəd qəbulu üçün son tarix: 31 dekabr, 2014-cü il.