Macarıstanın dövlət proqramı

Stipendium Hungarikum
Macarıstan hökuməti hər il Azərbaycandan olan 200 tələbənin Macarıstanın dövlət universitetlərində təhsili üçün təqaüd ayırıb.

2017-ci ilin sentyabrından Macarıstanda təqaüdlə təhsil almaq üçün sənəd qəbulunun noyabrın sonlarında elan olunacağı gözlənilir. Əgər bu keçiddəki formanı doldursanız, bizim yeniliklərə abunə olacaqsınız və özümüz mütəmadi olaraq xəbərləri Sizə göndərəcəyik: http://eepurl.com/cixNu9

Təqaüdlər aşağıdakı xərcləri qarşılayır:
- təhsil haqqı;
- əsas kitablar və tədris materialları;
- yataqxanada qalmaq haqqı və ya 30 000 macar forinti (təxminən 160 AZN) kirayə haqqının qarşılanması üçün yardım;
- tibbi sığorta xərcləri;
- aylıq təqaüd: bakalavr və magistratura tələbələri üçün 40 460 macar forinti (təxminən 220 AZN), doktorantura tələbələri üçün 100 000 macar forinti (təxminən 540 AZN).

Təqaüdlər aşağıdakı dərəcə proqramlarını əhatə edir:
- bakalavr (adətən 3 il): kənd təsərrüfatı və su menecmenti, təbiət elmləri və davamlı inkişaf, səhiyyə elmləri, turizm, mühəndislik, informasiya texnologiyaları, iqtisadiyyat, biznes və menecment.
- magistratura (adətən 2 il): kənd təsərrüfatı və su menecmenti, təbiət elmləri və davamlı inkişaf, səhiyyə elmləri, turizm, mühəndislik, informasiya texnologiyaları, iqtisadiyyat, biznes və menecment.
- doktorantura (adətən 3 il): müxtəlif.

Tövsiyə etdiyimiz qabaqcıl ali məktəblər:
- Debreçen Universiteti (ingiliscə "University of Debrecen", macarca "Debreceni Egyetem");
- Peç Universiteti (ingiliscə "University of Pécs, macarca "Pécsi Tudományegyetem");
- Dunauyvaroş Universiteti (ingiliscə "University of Dunaújváros", macarca "Dunaújvárosi Egyetem").

Bu proqrama müraciət edərkən ali məktəb və ixtisas seçimində, sənədlərin standartlara uyğun hazırlanmasında konsultasiyaya ehtiyacınız varsa, info@study-hungary.com ünvanına yazmaqdan çəkinməyin. Unutmayın ki, bizim Macarıstan ali məktəblərinə tələbə qəbulunda 4 ildən çox təcrübəmiz var. Bizə e-mail yazarkən IELTS və ya TOEFL balınızı, eləcə də xarici pasportunuzun imza və foto olan səhifələrini yükləməyi unutmayın.

Qeyd. Bizim köməyimiz Sizin ali məktəblərin tələbinə uyğun sənədlərinizin hazırlanması, qəbul imtahanına hazırlaşmağa kömək, daha yaxşı ali məktəbin və ixtisasın seçilməsinə konsultasiya və s. xidmətləri əhatə edir. Biz (o cümlədən, heç kim) müraciət edən şəxsin təqaüdə qəbulu üçün 100% zəmanət verə bilmərik və son qərarı Macarıstan ali məktəbləri və təqaüd komitəsi verir.