Kənd təsərrüfatı üzrə magistratura

Macarıstan Kənd Təsərrüfatının İnkişafı Nazirliyi tərəfindən verilən təqaüd proqramı kənd təsərrüfatı sahəsində iki illik magistratura pilləsində təhsil almaq istəyən şəxslər üçün nəzərdə tutulub. Bu təqaüdü Azərbaycan vətəndaşlarının da qazanması mümkündür.

Təhsil dili ingilis dili olacaq və seçilmiş tələbələr 2015-ci ilin sentyabr ayında Macarıstanda oxumağa başlayacaqlar. Təqaüd yalnız magistratura pilləsi üçün və aşağıdakı ixtisaslar üzrə müvafiq ali məktəblərdə təhsili əhatə edir:
- Kənd təsərrüfatının inkişafı və aqrobiznes (Szent István University, Faculty of Economics and Social Sciences);
- Bitkilərin mühafizəsi (University of Pannonia, Georgikon Faculty);
- Heyvanların qidalandırılması və ərzaq təhlükəsizliyi (Kaposvár University).

Təqaüd aşağıdakı xərcləri qarşılayır:
- təhsil haqqı;
- əsas kitablar və tədris materialları;
- yataqxanada qalmaq haqqı;
- tibbi sığorta xərcləri;
- yaşayış xərcləri.

Təqaüdü qazanan tələbələr Macarıstana gəliş-gediş, viza sənədləşməsi xərclərini özləri ödəməlidirlər. Təqaüd proqramı barədə daha ətraflı məlumatı ingiliscə bu keçiddəki fayldan oxuya bilərsiniz.

Bu təqaüd proqramını qazanmaq istəyən şəxslər aşağıdakı sənədləri ingilis dilində hazırlayıb 2015-ci ilin yanvarın 31-nə qədər bizə göndərməlidirlər:
- tamamlanmış ərizə forması;
- CV (tərcümeyi-hal);
- bakalavr diplomu və transkriptin ingilis dilinə tərcümə-təsdiq olunmuş surəti;
- İngilis dili biliyinizi təsdiq edən sertifikat (IELTS və ya TOEFL arzuolunandır, əgər yoxdursa, digər sertifikatlarınızı təqdim edə bilərsiniz);
- Pasportunuzun əsas səhifələrinin (foto və imza olan) fotosurəti;
- Tövsiyə məktubu;
- Motivasiya məktubu;
- Sağlamlıq haqqında arayış;
- Yerli polis orqanı tərəfindən verilmiş arayış.

Sənədləri göndərmək üçün e-mail: info@study-hungary.com