International Business School

International Business School - Beynəlxalq Biznes Məktəbi
International Business School
öz bakalavr tələbələrinə aşağıdakı təqaüdləri təklif edir:

1. Başlanğıc təqaüd.
Bu təqaüd ali məktəbdə bakalavr pilləsində təhsil almaq istəyən namizədlər üçün nəzərdə tutulub və ilk tədris ilində təhsil haqqından 50 % güzəşt təklif edir. Tələblər:
- 18-25 yaş arasında olmaq;
- minimum IELTS 6.5 bal (hər bölmədən ən azı 6.0 bal) və ya TOEFL IBT 90 bal (maksimum 2 ildən çox vaxt keçməmək şərtilə) toplamaq;
- motivasiya məktubu yazmaq.

Sənədləri təqdim etmək üçün son tarix: 25 aprel, 2016-ci il.

2. Akademik təqaüd.
Bu təqaüd isə artıq ali məktəbdə bakalavr pilləsində oxuyan və akademik nəticələri yüksək olan tələbələrə növbəti semestrin təhsil haqqından 50 % və ya 75 % güzəşti nəzərdə tutur.