Haqqımızda

Study in Hungary
– Macarıstanda təhsil almaq istəyənlərə ən keyfiyyətli xidmət göstərən şirkətdir. Artıq 6-cı ildir ki, şirkətin Bakıda və Budapeştdə əcnəbilərə göstərdiyi xidmət sayəsində hər il onlarla tələbə Ukraynadan, Azərbaycandan, Nigeriyadan, Böyük Britaniyadan, İrlandiyadan, Rusiyadan, Özbəkistandan, Qazaxıstandan, Türkiyədən, Hindistandan, Moldovadan, Liviyadan və digər ölkələrdən Macarıstana təhsil almağa gəlir. Macarıstanda əcnəbi tələbələri qəbul edən əksər ali təhsil müəssisələri ilə müqavilə əsasında fəaliyyət göstərməyimiz bizim əsas fərqləndirici üstünlüyümüzdür.

Şirkətimiz Macarıstana təhsil almağa gələn şəxslərə hər növ xidmətləri təklif edir:
- istəyə uyğun olaraq ali məktəbin və proqramın seçilməsi;
- seçilmiş proqrama sənəd qəbulu prosesinin izah edilməsi;
- sənədlərin hazırlanması və ali məktəbə təqdim olunmasına yardım;
- ali məktəbdən gəlmiş qəbul sənədlərinə əsasən vizaya müraciət olunmasına dəstək;
- Macarıstana getdikdən sonra oturum izninin alınması üçün konsultasiya və s.

Şirkətimiz Macarıstanda öz hesabına təhsil almaq istəyənlərə aid məlumatları www.study-hungary.com saytında yerləşdirməklə bərabər, http://scholarship.study-hungary.com səhifəsində Macarıstanda təqaüdlə təhsil almaq istəyənlərə də yardımçı olmağa çalışır. Təqaüdlər barədə ümumi məlumatları bu səhifədə yerləşdirmişik. Əgər daha detallı məlumatlara ehtiyac olarsa, bizimlə əlaqə saxlamaqdan çəkinməyin.