Macarıstanın dövlət proqramı

Stipendium Hungarikum
Macarıstan hökuməti hər il Azərbaycandan olan 200 tələbənin Macarıstanın dövlət universitetlərində təhsili üçün təqaüd ayırıb.

2018-ci ilin sentyabrından Macarıstanda təqaüdlə təhsil almaq üçün sənəd qəbulunun bu il noyabrın sonlarında elan olunacağı gözlənilir. Əgər bu keçiddəki formanı doldursanız, bizim yeniliklərə abunə olacaqsınız və özümüz mütəmadi olaraq xəbərləri Sizə göndərəcəyik: http://eepurl.com/bzM0Mf

Təqaüdlər aşağıdakı xərcləri qarşılayır:
- təhsil haqqı;
- əsas kitablar və tədris materialları;
- ilin hər ayı üçün yataqxanada qalmaq haqqı və ya 40 000 macar forinti (təxminən 260 AZN) kirayə haqqının qarşılanması üçün yardım;
- tibbi sığorta xərcləri;
- aylıq təqaüd (yay aylarında da verilir): bakalavr və magistratura tələbələri üçün 40 460 macar forinti (təxminən 260 AZN), doktorantura tələbələri üçün ilk 2 ildə 140 000 macar forinti (təxminən 900 AZN) və sonrakı 2 ildə 180 000 macar forinti (təxminən 1155 AZN).

Təqaüdlər aşağıdakı ixtisaslar üzrə dərəcə proqramlarını əhatə edir:
- bakalavr (adətən 3 il): kənd təsərrüfatı və su menecmenti, təbiət elmləri və davamlı inkişaf, səhiyyə elmləri, turizm, mühəndislik, informasiya texnologiyaları, iqtisadiyyat, biznes və menecment.
- magistratura (adətən 2 il): kənd təsərrüfatı və su menecmenti, təbiət elmləri və davamlı inkişaf, səhiyyə elmləri, turizm, mühəndislik, informasiya texnologiyaları, iqtisadiyyat, biznes və menecment.
- doktorantura (adətən 4 il): istənilən ixtisas.

Tövsiyə etdiyimiz qabaqcıl ali məktəblər:
- Debreçen Universiteti (ingiliscə "University of Debrecen", macarca "Debreceni Egyetem");
- Dunauyvaroş Universiteti (ingiliscə "University of Dunaújváros", macarca "Dunaújvárosi Egyetem").

Bu proqrama müraciət edərkən ali məktəb və ixtisas seçimində, sənədlərin standartlara uyğun hazırlanmasında konsultasiyaya ehtiyacınız varsa, info@study-hungary.com ünvanına yazmaqdan çəkinməyin. Unutmayın ki, bizim Macarıstan ali məktəblərinə tələbə qəbulunda 6 illik təcrübəmiz var. Bizə e-mail yazarkən IELTS və ya TOEFL balınızı, eləcə də xarici pasportunuzun imza və foto olan səhifələrini yükləməyi unutmayın.

Ətraflı məlumatlar: www.teqaud.com

Qeyd. Bizim köməyimiz Sizin ali məktəblərin tələbinə uyğun sənədlərinizin hazırlanması, qəbul imtahanına hazırlaşmağa kömək, daha yaxşı ali məktəbin və ixtisasın seçilməsinə konsultasiya və s. xidmətləri əhatə edir. Biz (o cümlədən, heç kim) müraciət edən şəxsin təqaüdə qəbulu üçün 100% zəmanət verə bilmərik və son qərarı Macarıstan ali məktəbləri və təqaüd komitəsi verir.